Əliağa Vahid – Qəzəl

Standard

Əliağa vahid20

Olmuşam ey tazə gül, hüsnü cəmalın aşiqi,
Bülbülasa ol ləbi-qönçə misalın aşiqi.

Məscidü mehrabə baş əyməz, yəqinimdir, əgər
Olsa zahid taqi-əbruyi-hilalın aşiqi.

Neylər ol kəs sünbülü gülzarü səbzü danəni,
Ola gər rüxsarü zülfü xəttü xalın aşiqi.

Gün düşüb hər gün ayağın altına, eylər sücud,
Sayeyi-qəddinlə olmuş payimalın aşiqi.

Mahi-nov yetməz təmamə görməyincə gün üzün,
Kəsbi-nur istər, olub rüxsari-alın aşiqi.

Nola, gər hicrində olsa könlümüz dərdə düçar,
Ahü zar eylər, olub bəzmi-vüsalın aşiqi.

Vahidə eyb etməyin, dərvişə olsa aşina,
Əhli-hal olsun gərəkdir, əhli-halın aşiqi.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma