Günay Səma Şirvan – Muncuq-muncuq

Standard

GÜNAY SƏMA ŞİRVAN

Muncuq-muncuq
göz yaşlarım,
dolaşdıqca ayağına…
qatar-qatar ahlarınla
dağlar cəkdin dağlarıma….
Qır qazanlı,
qıl körpülü ömür andır –
yaşatdıqca qarışqa həyatı,
dönə-dönə,
bilə-bilə,
gülə-gülə
bir yerdə — ölüb- dirildik….
Bizi—
saatlar günlərlə,
Günlər aylarla,
Aylar illərlə,
xoş bir ümidlə aldatdı…
Artıq perron boşalmış….
Bəlkə də qu quşları tək
son nəğmənin vaxtı çatıb:
“Bu sevginin qatarı,
getdi, gülüm, getdi, daha…..”
11.04.13

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma