Gülbala Dadaş

Standard

f014

Mənə təb ver İlahi, ki çıxım özüm-özündən,
Doğula fikir canımdan, yarana sözüm-özümdən.

Dözürəm mən hər cəfaya, edirəm şükür Xudaya,
Bilirəm deyildi çünki, bu qədər dözüm-özümdən.

Ölərəm haçansa mən də, elə iş görüm ki, indi,
Gələcək nəsillər üçün, qala bir izim özümdən.

Səni mən unutdum, amma ki qalıb gözümdən əksin,
Demə ehtibarlı imiş, gözəlim, gözüm özümdən.

Dadaşın yamandı halı, qapılıb özündə qalmış,
Mənə təb ver, ey İlahi, ki çıxım özüm-özümdən…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma