Pərnaz – Bayatılar

Standard

007 (2)

Çəkməsi cığ-cığ eylər,‎
Evimizi palçıq eylər.‎
Zəhləm gedir o yardan ‎
Hər gecə acıq eylər.‎

***

Samovar pıqqıldayır,‎
Qəndqıran şaqqıldayır.‎
Zəhləm gedir o yardan,‎
İşbilməz, naqqıldayır.‎

***

Su götürdüm hovuzdan,‎
Xoşum gəlir tovuzdan,‎
Yar mənə pencək alıb,‎
Astarı qanovuzdan.‎

***
Eyvanım həsir mənim
Ürəyim əsir mənim
Toyumu tez eyləyin
Yarım tələsir mənim

***

Palazda narıncı var,
abı var, narıncı var,
Hardasan ay nainsaf,
Dalınca zarıncı var.

***

Quzunu alan olmaz
Ağıla salan olmaz
Deyirlər yarım gəlir
Bu boyda yalan olmaz.

***

Şirvanın dağlarıynan
Meyvəli bağlarıynan
Sənin qurbanın olum
Yanımın ağlarıynan.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma