SÜLEYMAN RÜSTƏM – ANALAR

Standard

025 (2)

Görün nə aləmdir, bizim analar
Biri övladına çırağım deyir.
Görürsən, o biri öz laylasında
Pənahım, igidim, qoçağım deyir.

Biri də: « can bala, qulaq as, sənsiz,
Sərt qışa çevrilir bahar, yaz sənsiz,
Bəxtimin qapısı açılmaz sənsiz,
Solar çiçək bağım, gül bağım »,- deyir.

Bir ana səslənir, balam, ay balam,
Mənim günəş balam, mənim ay balam.
Dünyada tapılmaz sənə tay, balam,
Sənsən ucalığım, Şahdağım, – deyir.

Bir ana qaldırıb zilə səsini,
Oxuyur ömrünün xoş nəğməsini.
Öpüb dönə – dönə öz körpəsini:
— Ən gözəl çağımdır, bu çağım, – deyir.

Bir qonşu evdəsə cavan bir ana
Öz körpə ilkini basıb bağrına,
Böyük məhəbbətlə süd verir ona,
Körpəmsiz olmasın qucağım, – deyir.

Gəncliyim ötsə də, xöşbəxtəm yenə
Mahnılar qoşuram xalqa, vətənə.
Hər yerdə ağsaqqal deyirlər mənə,
Anamsa « gül balam, uşağım »,- deyir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma