Elçin Aslangil – GETMƏLİYDİK

Standard

elçin arslangil1

Getməliydik ağaclar getməliydik
Söz qabından çıxmadan getməliydik
Düşməliydik bir quş dimdiyindən
bir parça çörək kimi
Tanklara əl sallayan uşaqların əllərindən
Dimdiklərini döyməliydilər yerə
Dənə gələn göyərçinlər də
Sonra qanad açıb uçmalıydılar
Tər-təzə gülüşlərdən uçmalıydılar

Getməliydik sular getməliydik
Çəkilməliydik dənizlərdən
Qupquru olmalıydıq
Əllərimiz quru
Gözlərimiz quru
Nə susuz Afrikalı uşağı görməliydik
Nə də qanla suvarılan quru torpaqları
Qupquru
Qupquru olmalıydıq anaların yanaqlarında
külək olmalıydıq ağ örpəklərin eşqinə əsən külək

Getməliydik adamlar getməliydik
Daş atan əllərdən getməliydik
Daş olmalıydıq lal dinməz daş
Nə qardaş olmalıydıq nə bacı
Nə şirin olmalıydıq nə acı
Nə günəşi görməliydik
Nə ayı
Öldürməliydi Adəmlə Həvva özünü
Görməməliydik yer üzünü

Getməliydik bilirik getməliydik
Bilmədik…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma