Elman Tovuz – UZAQ DURMA!Yaxın gəlmə!

Standard

Uzaq durma!
Qoy beləcə möhlət kimi,
aman kimi sevim səni!
Qoy yaşayım bu həyatı – həyat kimi,
Arzu olub ürəyini əsdirim qoy –
kəpənəkdə qanad kimi…
İstəmirəm,
geri düşüm –
yatıb qalan saat kimi.
Qoy səninlə addımlayan
zaman kimi sevim səni!
İstəmirəm,
kəmərində gümüş olum,
İstəmirəm,
dodağında gülüş olum,
İstəmirəm,
gecələr Ay,
gündüzlərsə Günəş olum,
İstəyırəm,
dağı sevən
duman kimi sevim səni!
Qoy dadmayım ayrılığın
ağrısını, acısını!
Qoy bilməyim qibləsini bu sevdanın,
tanımayım qapısını!
İstəmirəm,
bu oda mən
özüm bilə-bilə düşüm…
Niyə mən də Kərəm kimi
yanıb, yanıb dilə düşüm?
Nə sən Leyli ol, gözəlim,
nə də ki, mən
Məcnun kimi çölə düşüm.
İstəmirəm,
nə puç olmuş ümid kimi,
nə saralmış güman kimi sevim səni…
Yaxın gəlmə!
Uzaq olub
dondursan da,
özün kimi dondur məni…
Uzaq durma!
Yaxın olub
yandırsan da,
özün kimi yandır məni…
Mən də elə
Elman kimi sevim səni!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma