Yusif Nazim – Tapa yaltağın

Standard

yusif nazım

Deyirəm bekar vaxtı cənab prezdent,
Məmurlar içindən tapa yaltağın.
Elə yaltaqlanıb tərif edəndə,
Ağzının üstünə “gupa” yaltağın.

Əgər vəzifən var seyidsən,pirsən,
Dovşan olsan belə bəbirsən,şirsən.
Demə yaltaqlıq da keçirmiş irsən,
Oğlu da yaltaqdı “papa” yaltağın.

Keçəl qırxdırıbdı başın bərbərə,
Sınaqdan çıxardıb işin min kərə.
Mən tərif eyləsəm girərəm yerə,
Dili yaman yatır gopa yaltağın.

Axıdır günahsız körpələr qanı,
Belə bir terrorçu itoğlu hanı?
Bağlasın belinə qoşa bombanı,
Girsin arasına topa yaltağın.

“Quyuya tökməklə quyu su dolmaz”,
Nə də olan deyil şüşədən almas.
Yusifin şerinə de yox bu olmaz,
Şerin ver qəzetdə çapa yaltağın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma