Afaq Şıxlı – BITƏN SƏNIN SEVGIN DEYIL…

Standard

afaq shıxlı29

Dünyada ideal insan yoxdur, – deyə düşünürsən. Sonra isə bir gün… heç gözləmədiyin anda… birinə rast gəlirsən…
Əvvəl maraqlanırsan, tanımağa çalışırsan. Sonra ona pərəstiş edirsən, çünki belə birisinə heç vaxt rast gəlməmisən. Günlər keçir, və… özün də bilmədən, sevirsən, yanılmışam, varmış ideal İnsan – deyirsən.
Nağıllarda yaşayırsan, şəhzadələr kimi. Səmalarda uçursan, bu yuxu heç bitməsin istəyirsən.
Amma bir gün… Bitir…, bitməlidir. Sonu olmayan heç nə yoxdur çünki!
İnanmaq istəmirsən bitdiyinə… Heç nəyi görmürsən və ya görmək istəmirsən, susduqca susursan, bildikcə unudum deyirsən.
Nədən, ürəyim,nədən?
İnanmaq – qəbul etmək deməkdir? İdealında yanıldığını dərk etmək ölümə bərabərdi? Ona görəmi sevginin aqoniyasını yaşamağı üstün tutursan?
Etmə!
Çünki, bu, sevgini ucuzlaşdırır…
Çünki, sevgi hər zaman dəyərini saxlamalıdır…
Çünki, duyğular saxtalaşmamamlıdır…
Çünki…
Ah bu çünkilər….
Kaş ki, bir şeyin də səbəbi olmasaydı… Əfsuslar olsun, hər şeyin səbəbi var…
Bitəcək… bitir… bəlkə də bitdi…
Qorxma! Zatən sən sevməyə qorxmadın ki, ürəyim! Sevginin gözlərinin içinə baxmağa heç qorxmadın! Ayrılıqdan da qorxma!
Bitən sənin sevgin deyil…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma