Ələkbər Ziyatay – Düşüncə yarpaqları

Standard

136

Gün, uca göylərdən uca tutulmaz,
Yerdən əsirgəsə hərarətini.
Ay, zülmət gecəni aydınlatmasa,
Kölgədə gizlədər ay sifətini.

İnsan bu dünyaya sahib olalı,
Gözəllik olmuşdur fikri, xəyalı.
Gözəl – gözəl deyil əqli, kəmalı,
Qoruya bilməsə ləyaqətini.

Nəğmə deyə-deyə axır gur sular,
Nəğməylə səyirdir atını ruzgar.
Nəğmə nəğmə deyil açmasa, dostlar,
Varlığın rəngarəng şeriyyətini.

Kim öz sənətini sevməsə candan,
Xariqə gözləmə heç zaman ondan.
Möcüzə yarada bilərmi insan,
Alovdan biçməsə məhəbbətini?!

Çinar boy atmasa – çinar sayılmaz.
Fənər nur saçmasa – fənər sayılmaz.
Hünər də heç zaman hünər sayılmaz,
Xalqın ucaltmasa şan-şöhrətini.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma