Elman Tovuz – YAZAQ

Standard

elman tovuz7

Gəlsən, kəndə gedək, sair qardaşım?
Bir az da kənddəki təhərdən yazaq.
Baxaq aynabənddən “Haça qayaya”,
Günəşi qırmızı səhərdən yazaq.

Oynadıq – nə çaldı könül tarımız,
Bitdi-tükəndimi arzularımız?..
Bizi bağışlamaz kənd qızlarımız,
Günahdı, şeirini şəhərdən yazaq.

Sarılaq boynuna biçənəklərin,
Dərək göz yaşını gül-çiçəklərin.
Öpüb əllərindən ağbirçəklərin,
Ürəyi titrədən qəhərdən yazaq.

Elmanam, ömrümüz yel qanadlıdır…
Günlər gah qəmlidir, gah büsatlıdır.
Daha biz piyada, güman atlıdır,
Minib-düşdüyümüz kəhərdən yazaq

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma