Aşıq Şəmşir – SƏNİ

Standard

Aşıq Şəmşir1

Sənin özgələrə atdığın kəmənd,
Dolaşar əlinə, tez yıxar səni.
Elə bir boğanaq qalxar qarşına,
Tutular gözlərin, toz yıxar səni.

Qurduğun duzağa düşərsən, naşı,
Sənin yoldaşındı dəllallar başı,
Uzaq gedir ellər atan əl daşı,
Ədalət, həqiqət, söz yıxar səni.

Dayanıb yerində durmaz fitnəkar,
Nütfəsi haramdı, mayası murdar,
Yağdırar əməli yaz günündə qar,
Boran yıxar səni, buz yıxar səni.

Özgənin malıdı söküb yediyin,
Şəmşirə bəs nədi yalan dediyin.
Var hələ qabaqda sual gədiyin,
Bağlanar yolların, iz yıxar səni.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma