Şəms Langərudi

Standard

f100

Yağ yağış, yağ
su bassın küçələri
biz tində dayanıb
Nuhun gəlməsini gözləyirik

yağ yağış, yağ
ahəstə ahəstə
əgər su başımızdan yuxarı qalxmazsa
qövm xilas olmayacaq…

Nuh gəlib öz göyərçinini səmaya buraxacaq
o da suyun altında qalan meydanların, müəssisələrin üzərindən uçacaq
bir bank binasının damına oturub
bizə xilas haqda xəbərlər göndərəcək

Tələs yağış, bir az tələs
bax gör bizim dəllallar, birja agentləri, ağac ticarətçiləri
ölkə boyunca necə qaçır
yağ yağış, yağ
bas küçələri

ancaq çıraqları saxla
Nuhun üzünü görə bilək
axı biz xilas olmuş qövmdən
təkcə şeytanı tanıyırıq

Tərcümə : Xatirə Nurgül

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma