Ali Khayyam – Gecələr. Gecələr. Gecələr.

Standard

013

Yuxusuz olur yatağım,
Necə də boş olur bədənim və
Necə də yerin görsənir yastığımda.
Bir qədər də səssizliyin yoxdu sanki evimizdə və
Məhkum olduğumuz bir otaqlı evlər indi
Bir neçə otaq da artıb.
Sənsizlik sıxışmır otaqlara-evlərə.
Mən sənsiz daha çox olmuram sanki və
Sanki daha möhkəm əsir sənsiz Bakının küləkləri.
İçki-siqaretimiayırıb bir-birindən mixi yazılı reseptlər,
Siz heç gecədən anlamırsız həkimlər, heç.
Ürəyimdə qalıb, düşünmədən yazmalıyam.
Düşünmədən, ölçmədən, hesablamadan, necə gəldi içimdən.
Özüm, özümə qarışmamalıyam bu gecə.
Bu gecə, unudub antibiotiklərimi, içməliyəm.
Bu gecə, öskürəklərimi görməməzlikdən gəlib çəkməliyəm.
Ölmüş bir adamın ad günüyəm sanki…
Öz səssizliyində gərg olmağının qarşısında,
Bir qadının yoxluğu nədir ki? Heç nə!
Kədərlərim qarışdıqca əyin-başıma və
Bulaşdıqca yalnızlığım bu bir neçə otaqlı evin divarlarına,
Sevdiyim qadınların ağrılarına gülməyim gəlir.
Gülməyim gəlir, “əzizim, çox ciddiyə alma məni, özünü də.
Gəlmisən, bir-iki şeir yazacağam, sonra gedəcəksən,
Çox ciddiyə alma məni”.
Bu içkilərə nə qatırlar belə, dadları zibilə çevrilib.
Gecələr. Gecələr. Gecələr

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma