Ə ş Xaqani

Standard

079

Biz qəmə öyrənmişik, ey dost, göndər qəm bizə,
Qüssədən bir töhfən olsa, yolla sən hər dəm bizə.

Yırt libası əynimizdə, evmizi döndər gülə,
Xələtin dərdü qəm olsun, peşkəşin – matəm bizə.

Yad edərkən bizləri, göz gəzdir öz ətrafına,
Göz yaşı tapsan, unutma, göndər ondan həm bizə.

Xəstədir canım, xəyalın dərdimin dərmanıdır,
Hicrinin bimarıyıq, ver vəslini məlhəm bizə.

Çəkmisən zəncirə zülffinlə sən itmiş Yusifi,
Halqalanmış zülffinün sirrini aç kəm-kəm bizə.

Bax, sənin zülffin aparmışsa Süleyman xatəmin,
Qoy o qalsın, öz ləbindən yolla bir xatəm bizə.

Sığmayır Xaqani bu dünyaya qüssəndən sənin,
Qəmzən ilə öldür, olsun məskən ol aləm bizə.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma