Xatirə Xatun – Ata ocağına üz tutan gəlin

Standard

Xatirə Xatun

Bu yollar çox yaxşı tanıyır səni,
Addım səslərini, ürkək kölgəni.
Bax elə bu tindən gör neçə dəfə
Təlaşla qaçmısan o doğma evə.
Bağrına basdığın məsum körpənin
Sərxoş atasından dəyən şillənin
Yeri yanağında iz tutan gəlin.
Ata ocağına üz tutan gəlin.

Payıza çevrildi baharın, yazın,
Qaldı ürəyində gör neçə arzun,
Qulağın xoş sözə həsrət, tamarzı,
Yastığı, yorğanı buz tutan gəlin,
Ata ocağına üz tutan gəlin.

Nazın çəkilmədi gözəllər kimi,
Soldu təravətin xəzəllər kimi,
Dözdün kişi kimi, dözdün ər kimi,
Ölən sevgisinə yas tutan gəlin,
Ata ocağına üz tutan gəlin.

Könlündə əsər yox sevgi odundan,
Duyanda diksinir hətta adından
Öpüşün dadı da çıxıb yadından
Daha qadınlığı pas tutan gəlin,
Ata ocağına üz tutan gəlin.

Əhdə dönük çıxdı arxa sandığın,
Adını hər kəlməbaşı andığın,
Bir vaxt güvəndiyin, arxalandığın,
Bəxtini duman, çən, sis tutan gəlin,
Ata ocağına üz tutan gəlin,
Ata ocağına üz tutan gəlin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma