Nəriman Həsənzadə – MƏN SƏNI SEVDIM KI YOLDAŞ OLASAN

Standard

Nəriman Həsənzadə8

Mən səni sevdim ki , yoldaş olasan,
Həyatın ən ağır dar yollarında.
Demədim axırda bir daş olasan,
Qədim qəbristanda, yol kənarında.

Sen getdin, həsrətin qaldı canımda,
Sonradan mat qaldım, düzü bir şeyə.
Qeyri-adi idin mənim yanımda,
Getdin, elə bil ki, sadələşməyə.

Sənə yalvarırdım burda bayaqdan,
Eşikdə qış idi, otaqda bahar.
Sən də gedib evdə yalvaracaqsan –
Gecikdiyin üçün, bağışlasınlar.

Səni bağışlamaq… dünyaya bir bax,
O qəlbi, o ruhu gərək duyasan.
Axı səndən gərək üzr istəyələr,
Lazımsa, sən gərək bağışlayasan.

Bir qəlbin ən əziz şahzadesiydin,
Qulluq gözləyirdim hüzurunda mən.
Gedib evinizdə sən ona yəqin
Bir qulluq göstərib, çay süzəcəksən

Getdin, ürəyimi salıb tufana,
Sədaqət həyatda başqa rəng deyil.
Mənim sevincimi apardın ona,
Bəkə də ona heç bu, gərək deyil.

Elə dayanırsan, elə baxırsan,
Elə bil qarşında quru bir daşam.
İpək saçlarını bir vaxt oxşayan
Elə bil hardasa mən olmamışam.

Səni dostlarımla, tanışlarımla,
Mən tanış edərdim nə vaxtsa bir-bir.
İndi özgələri yad ehtiramla,
Deyirlər tanış ol…Nə qəribədir?!

Yuxuda görərdin nə vaxtsa hər dəm,
Yolumu gözlərdin yollardan uzaq.
Mən sənin yuxundan çıxıb gəlmişəm,
Bu da bir yuxudur, gəl tanış olaq.

Qoluna girərdim… bu, yadındadır,
gedərdik… yolumuz , arzumuz şərik.
Qolum qollarının lap yanındadır,
toxunsa biz indi üzr istəyirik.

Hayanda oldumsa səhər, ya axşam,
Aradın sən məni, gördün sən məni.
İndi gözlərinin qabağındayam,
Hayanda durum ki, Görəsən məni?

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma