ABDULLA ŞAİQ – NİYƏ. UÇDU?

Standard

Abdulla Şaiq

Uçdu mələkim, qaldı mənə dərdü məlalı,
Fəryad! Yenə almaqdadır ətrafımı zülmat!
Eyvah, ümid qönçələrim solmada, heyhat!
Bu köhnə cahan söndürə bilməz bu zəvalı.

Ey bariqələr, zərbəler endir bu cəhanə!
Söndü niyə vicdanımı tənvir edən amal?
Oldu niyə ümmidlərim zülmlə pamal?
Ey hiləgər iblis, nədir indi bəhanə?

Baxdıqca bu aləmlər edər könlümü bərbad,
Xəstə ürəyim aldı dərindən yara bir də.
Doktor, yətər, əl çək, buna yoxdur çara bir də,
Olmazsa muradımca bu viranələr abad.

Durma daha, ey ədl, səadət buludlu, yağ!
Ey ildırım, əzminlə gurulda yenə hər an!
Ey güclü külək, sən də qopar fırtına, tufan!
Bu köhnə cahanı təməlindən uçur ancaq!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma