İslam Səfərli – YATAQXANA

Standard

islam seferli36
Öz evindən,öz kəndindən xeyli uzaqda,
Tələbələr mənzilində heç olmusanmı?
Öz həm məktəb dostlarınla sadəotaqda
İllər boyu qərar tutub sən qalmısanmı?

Duymusanmı tələbəlik həyatındakı
Yaxşı günü, çətin günü, söylə, ey cavan?
Səni gümrah böyütdügcə sevimli Bakı,
De, yadına heç düşübmü mehriban anan?

Bəzən dilsiz gecələrdə girib yerinə,
Yuxu basıb, döşdə dəftər yatmısanmı sən?
Əla qiymət almaq üçün alın tərinə,
De,imtahan zamanları batmısanmı sən?

Yuxuda hərdən soyuq payız gecəsindəki,
Mübahisə saatmız çəkibmi üçə?
Döyüşlərdən qalib çıxmış qəhraman təki,
Rahat olub yatmısanmı, söylə, o gecə?

Mən özüm də dörd ildir ki, bu minval ilə,
Çox qalxmışam bu binanın pillələrini.
Qələm tutub, şairanəbir xəyal ilə,
Yaratmışam gəncliyimin lövhələrini..

Bəzən bütün yataqxana uyuyan zaman,
Təkcə mənim otağımın işığı yanmış.
İş üstün də görüşdüyüm neçə qəhrəman,
Gözlərimin önündəcə gəlib dayanmış.

Beş il tamam qayğı çəkən, eyəziz ana!
Tələbələr unutmamış haqq-sayını.
Kim tərk etmiş məndən qabaq bu çarpayını?
Söylə görüm, söylə görüm ey yataqxana,
Bəlkə, o gənc geoloqdur dağlar içində?

Bəlkə, indi müəllimdir, kənddə dərs deyir?
Bəlkə qoca Miçurin tək bağlar içində,
Ağaclara sənətilə yeni can verir?

Bəlkə elmi əsərini o qurtararaq,
Vaqif olur fəlsəfənin dərinliyinə?
Bəlkə, cavan bir şairdir, fikrədalaraq,

Yurdumuzun cəlalına söz qoşur yenə?!
Yataqxana, aylar gəlib, illər getsədə,
Gülaçacaq ürəyimin bu xoş niyyəti.
Unutmaram, unutmaram yüz il ötsədə,
Sənin ana qoynundakı səmimiyyəti..

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma