Hüseyn Arif – YAŞAYAR

Standard

Hüseyn Arif3

Kamalın töhfəsi, eşqin bəhrəsi
Alovda bərkiyər, odla yaşayar.
Nəvənin babadan düşəndə bəhsi
Nəsil də yaşayar, zat da yaşayar.

Qəm yemə həyatın beşgünlük olsa,
Vaxtsız gülün köçüb, çiçəyin solsa.
Şərəf qorunulsa, şan qorunulsa,
Nəsil də yaşayar, zat da yaşayar.

Hüseyn Arifəm, könül həmdəmi
Bir xalqın sevinci, bir xalqın qəmi.
Ömür var, torpağın üstə gül kimi,
Ömür var, torpağın altda yaşayar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma