Füzuli

Standard

fuzuli8

Vay, yüz min vay kim, dildardən ayrılmışam,
Fitnə çeşmi sahirü xunxardən ayrılmışam,
Bülbüli-şuridəyəm, gülzardən ayrılmışam,
Kimsə bilməz kim, nə nisbət yardən ayrılmışam,
Bir qədi şümşadü gülrüxsardən ayrılmışam.

Qəddi tuba, lə’li firdövsün şərabi-kövsəri,
Xülqü xuyidir mələk, surətdə əmsali-pəri,
Bürci-əflakin səadətli, şərəfli əxtəri,
Hüsn ara məcmu’i-xubların sərasər sərvəri,
Bir qədi şümşadü gülrüxsardən ayrılmışam.

Dustlar, mən naləvü fəryad qılsam, eyb iməs,
Çərxi-bədmehrin əlindən dad qılsam, eyb iməs,
Qəm diyarın dil ara abad qılsam, eyb iməs,
Bu bina birlə cahanda ad qılsam, eyb iməs,
Bir qədi şümşadü gülrüxsardən ayrılmışam.

Düşmüşəm qəmxaneyi-hicranə zarü dərdnak,
Naxüni-həsrət bilən edib giribanimi çak,
Gündə yüz gəz hicr tiğilən oluram mən həlak,
Gərdişi-dəvvar cövründən məni-dilxəstənak,
Bir qədi şümşadü gülrüxsardən ayrılmışam.

İştiyaqü şövqdən canü tənim aludədir,
Şami-qəm fərzaneyi-bəxtim mənim uyxudədir,
Ağılamaqdan çeşmü cisi-dərdnakim sudədir,
Sanma, ey həmdəm ki, fəryadım mənim bihudədir,
Bir qədi şümşadü gülrüxsardən ayrılmışam.

Vəsl umub cövrü cəfasini çəkərkən can hənuz,
Mehr umub şövqində yanarkən dili-suzan hənuz,
Cismi-qəmnakimdə var ikən qəmi-hicran hənuz,
Yetmədən payanə ahü naləvü əfğan hənuz.
Bir qədi şümşadü gülrüxsardən ayrılmışam.

Mülki-vəsli dilbərin, könlümdə mə’mur olmadan,
Eşq camindən dilü can məstü məxmur olmadan,
Dərdi-bidərmani-hicrindən tənim dur olmadan,
Həm Füzuli eşqü aşiqliği məşhur olmadan,
Bir qədi şümşadü gülrüxsardən ayrılmışam.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma