Əli bəy Hüseynzadə – Turan

Standard

Əli bəy Hüseynzadə

|
Ucundadır dilimin
Həqiqətin böyüyü.
Nə qoydular diyəyim,
Nə kəsdilər dilimi.

Bilirsənmi cühəla*
Nə etdilər Vətənə?
Nə qoydular uyuya,
Nə qoydular oyana.

Durur belə hərəkət,
Rəvamı bir diriyə?
Nə getmədi irəli.
Nə dönmədi geriyə.

Ədu** qırar qapıyı,
Biz evdə bixəbəriz,
Nə başqa- başqa deriz,
Nə ittihad*** edəriz.

Ayıltmadı qələmim
Şu Türk ilə Əcəmi,
Nə qoydular yazayım,
Nə qırdılar qələmi.

—————-

*Cühəla- cahillər
**Ədu- düşmən
***İttihad- birləşmə

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma