Əliağa Kürçaylı

Standard

Əliağa Kürçaylı

Sən mənə lazımsan sutək, havatək,
Sən mənə lazımsan öz canım qədər.
Səni arzulayır sinəmdə ürək,
Bu böyük həsrəti duymursan məgər?

Qəmli günlərimdə lazımsan mənə,
Qovasan qəlbimin kədərini sən.
Xoşbəxt günlərimdə lazımsan yenə
Böyük sevincimi yarı böləsən.

Kef ücün, zövq üçün, nəşə üçün deyil,
Xəstəyə dərmantək mənə gərəksən.
Həyatın yolları tufanlıdır, bil,
Ona gərmək üçün sinə, gərəksən.

Sən ümid, təsəlli, sən şirin arzu,
Sən ömür yelkəni dumanda, çəndə!
Bir az yaxşi düşün, gülüm, doğrusu,
Sənə bunlar üçün lazımam mən də.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma