Elmar Şahmar – Sevgi nəğmələri – Görməyəcəksən

Standard

elmar şahmar

Dağ dağa rast gələr dünyada, ancaq
Sən məni bir daha görməyəcəksən.
Qarşına neçə cür insan çıxacaq,
Sən məni bir daha görməyəcəksən.

Sevgimiz bitibdi sənin üzündən,
Nahaq yaş axıtma əsla gözündən,
Utan sözlərindən, utan özündən,
Sən məni bir daha görməyəcəksən.

Necə də xoşbəxtdik biz bir zamanlar,
Artıq xatirədir o keçmiş anlar,
Əzabın olacaq son yaşananlar,
Sən məni bir daha görməyəcəksən.

Mən sənə “can” deyib sevdim dəlicə,
Fikrindən yatmadım inan bir gecə,
Bəs mənə xəyanət etdin sən necə?!
Sən məni bir daha görməyəcəksən.

Bir gün mənim kimi sən də sevəcən,
Hər gün ağlayacan, dərd-qəm çəkəcən,
Məhəbbət nə imiş onda görəcən…
Ancaq məni heç vaxt görməyəcəksən!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma