Hacı Mail Əliyev – Vahidimiz

Standard

Hacı Mail Əliyev1

Aramızdan çox heyif getdisə gər Vahidimiz,
Qəlbimizdə yaşayır şamu səhər Vahidimiz.

Sadə sözdə bu qədər olmayıb əsla ustad,
Sadə sözdən yaradıb dürrü gühər,Vahidimiz.

Vahidi kim başa düşməzdi?! Çoban ya alim?
Sadəlik rəsmini bilmişdi hünər Vahidimiz.

Sadə idi özü də şe`ri kimi aləmdə,
Sinəsi təb`i-rəvan ilə Xəzər,Vahidimiz.

Cismən ölmüşsə,fəqət,ruhu bilin ölməzdir,
Bakını, yurdumuzu gündə gəzər Vahidimiz.

Onu aldatmadı dünyadə nə pul,nə şöhrət,
Eşqi tac bildi,səri-zülfü kəmər,Vahidimiz.

Eşq dərsini edib əxz Füzulidən o,
Verdi ondan da bizə sadə xəbər,Vahidimiz.

Həm də xoş söhbət idi,sevgili bir aşiq tək,
Məzəli söhbəti san şəhdü şəkər, Vahidimiz.

Yaddaşı,hafizəsi sanki qılıncdan kəskin,
Nəql edər hadisəni misli-əsər,Vahidimiz.

Qafiyə xatirinə yazmaz idi yersiz söz,
Çalışardı yaza mə`nalı əsər,Vahidimiz.

Yar, mey, saqiyi-meyxanə, fəqət, Mail,bil,
Çatmayır məclis ara bircə nəfər-Vahidimiz.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma