Məmməd İSMAYIL – QIZILCA…

Standard

Məmməd İsmayıl2

Baxt sənə gözünün altıyla baxdı,
Üstündə qismətin əli olmadı.
Payına düşənlər ağıllı çıxdı,
Bir kimsə dərdindən dəli olmadı…

İnsanın dəyəri yoxmu qızılca,
Boşuna xərclədin kəmağıl canı.
Sevgi qızılcaymış, qəfil qızılca,
Niyə çıxarmadın o qızılcanı?

Ölüm ayrılıqdan yeydi, bilirdin,
Axırda ümidin qaldı yuxuda.
Könüldən vurulmaq nəydi bilirdin,
Öyrəndin arxadan vurulmağı da…

Nə varsa, can atar ömrün yazına,
Çin olmaq istəyər yozulan yuxu…
Hər ürək can atar yar sevdasına,
Bahar sevdasına düşər hər toxum…

Bəlkə sevilərdin, sevərdin ya da,
Nəyin xəbərçisi dağa yağan qar?..
Hər kəsin bir tayı var bu dünyada,
Bəlkə gec doğular, amma doğular…

Gedərsən, hər şeyi alarsan gözə,
Açılan təsəlli yerimi sirr də:
Səni dəli kimi sevəcək gözəl
Bəlkə doğulacaq başqa əsrdə…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma