Mətləb Ağa

Standard

Mətləb Ağa

Çox dəyişib bu şəhər,
yolu, parkı, dənizi…
görən, sonuncu dəfə
kim görüb burda bizi?..

…hardasan indi görən,
neyləmisən özünü?
bilirəm, güzgülərdən
gizlədirsən üzünü…

çəkilib bir tərəfdə
özünçün qocalırsan…
hər gecə ağlayırsan,
və hər gün qocalırsan…

-”…zəng də çatmırdı sənə,
harda idin səhərdən?..”
– “səni, məni gəzirdim,
biz olmayan şəhərdə…”

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma