İlqar Süleymanlı Bizəban

Standard

İLQAR SÜLEYMANLI BİZƏBAN

Məsti-xabəm,ey təbib,əl çək,dəvadən küsmüşəm,
Özgədir dərdim mənim,ol məhliqadən küsmüşəm.

Öylə bir an içrə bidar olmuşam ki uyqudan,
Xəlq dad eylər cəfadən,mən səfadən küsmüşəm.

Nəcmi-iqbalım min illərdir ki,görsənmir gözə,
Bir şikayət etməzəm ondan,sühadən* küsmüşəm.

Çox pərişan olmuşam zülfi-pərişanın görüb,
Əqlə bir bax,bisəbəb zülfi-qəradən küsmüşəm.

Gözlərim yollar gəzər ta ruzi-əvvəldən bəri,
Saysız ayətlər görüb saymaz zəkadən küsmüşəm.

Kimsə təskinim üçün könlüm təmənna etməsin,
Vermərəm bir qeyrə,yarımdan səvadən küsmüşəm.

Bizəban,canan cövründən usanmam heç zaman,
Bivəfadən,bivəfadən, bivəfadən küsmüşəm.
________________
*-ən parlaq ulduz

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma