Leyla Namazova – Ey Gözəl Gəncəm Mənim

Standard

kend1

Əziziyəm Gəncəmə,
Qurban olum Gəncəmə
Günü gündən gözəlləşən,
Cavanlaşan yurduma,
Dahilərin,igidlərin,
Şairlərin yurdusan
Ey Gözəl Gəncəm Mənim,
Nizaminin,Məshətinin
Cavadxanın yurdusan
Ey gözəl Gəncəm Mənim

Neçə neçə mərd, igid,
Qəhrəman ogulların var
Bəxş edibsən onları sən
Ey Gözəl Gəncəm Mənim
Onlar ölməzdi, yaşardı
Qəlblərdə, könüllərdə
Əbədi yaddaşlardadı
Qəhrəman oğulların

Tarixi, dini, qədim
Abidələrin var sənin,
Naxışlı, bəzəkli
Gözləri qamaşdıran
Ey Gözəl Gəncəm Mənim
Saxlayırsan onları
Qürurla qoynunda sən

İnsanların mehriban
Qonaqpərvərdi yaman
Qonaqcanlı yurdumsan
Ey Gözəl Gəncəm Mənim
Səni sevənlər sevir
Sevməyənlər üzülür
Ey Gözəl Gəncəm Mənim
Dadından doymaq olmur
Nemətlərindən sənin
Ey Gözəl Gəncəm mənim.

Dağların, bulağların
Suların, meşələrin,
Adamı valeh edir
Göy Gölün, Hacıkəndin
Onlar sənin şərəfin
Qürurundu, fəxrindi
Ey Gözəl Gəncəm mənim…

Allah gözəl yaradıb,
Məndə sənin şəninə
Qoy yazım,bəstələyim
Bir nəğmə,Gəncəm mənim…
Yaşa, Varol, Uca ol
Ey Doğma Gəncəm Mənim

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma