Xanım İsmayilqızı

Standard

Xanim Ismayilqizi

Adam, Allahın əlindən
Düşəndə, gülmək istəmir.
O dünyada göz açaraq,
Buraya gəlmək istəmir.

Öz içindən keçə-keçə,
Qoşulub sahibsiz köçə,
Kədəri satıb sevincə,
Gözünü silmək istəmir.

Həyatını yaşa vurub,
Ömrünü yaddaşa vurub,
Öz şəklini daşa vurub,
Dünyanı bölmək istəmir.

Havadanmı asılacaq?
Buludamı qazılacaq?
Yazılacaq, pozulacaq?
Heç nəyi bilmək istəmir.

Dönə-dönə sıxılmaq var,
Yıxılmaq var, boğulmaq var.
Biləndə ki, doğulmaq var,
Adam heç ölmək istəmir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma