Afaq ŞIXLI – TƏƏSSÜF

Standard

afaq shıxlı30

İnsanları sınamağı sevmirəm,
Amma hərdən qınağıma düşürlər.
Göz üstündə saxladığım dostlarım
Bəbəyimdən yanağıma düşürlər.

Yandırırlar yanağımı od kimi,
Hər damlada bir iniltim, bir acım.
Ümidlərə tapındıqca əlacsız,
İtgin düşür “dost” sözünə inancım.

Çəkilirəm öz qınıma yenidən,
Köksüm altda bir dost yeri boşalır.
Düşüncəmdə sovrulduqca küləklər,
Ürəyimdə təəssüflər baş alır…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma