Yaşar Süleymanlı – Sənsiz Bir Günüm Daha

Standard

f063

Gün batdı, qaraldı göylərin üzü,
Dikəldi gözümə həsrətin gözü,
Yandıra – yandıra hicrinin közü,
Ötüb, keçdi sənsiz, bir günüm daha.

Aldığım hər nəfəs, son nəfəs kimi,
Gen dünya başıma dar qəfəs kimi,
Boşluqda yox olan, itən səs kimi,
Ötüb, keçdi sənsiz, bir günüm daha.

Bu damı ömürdü, bu damı gündü ?
Hər anım naləyə, fəryada döndü,
Bir ümid çırağım bax daha söndü,
Ötüb, keçdi sənsiz, bir günüm daha.

Dolandım tək – tənha, yalquzaq kimi,
Özüm də özümə yad, uzaq kimi,
Düşərək ömrümdən bir yarpaq kimi,
Ötüb, keçdi sənsiz, bir günüm daha.

Yanıb, alovlanıb, çevrilib külə,
Dərd ilə, qəm ilə, min cəfa ilə,
Hər sənsiz günüm tək, bu gün də belə,
Ötüb, keçdi sənsiz, bir günüm daha.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma