Kitabi Dədə Qorqud – MÜQƏDDİMƏ

Standard

Dədə qorqud1

Kitabi Dədə Qorqud – MÜQƏDDİMƏ

Allah-Allah deməyincə işlər düzəlməz.
Qadir Allah verməyincə kişi varlanmaz.
Əzəldən yazılmasa, qul başına qəza gəlməz.
Əcəl vaxtı çaymayınca kimsə ölməz.
Ölən adam dirilməz, çıxan can geri gəlməz.
Bir igidin Qara dağ yumrusunca malı olsa,
yığar-toplayar, qismətindən artığını yeyə bilməz.
Qovuşaraq sular daşsa, dəniz dolmaz.
Təkəbbürlük eyləyəni Tanrı sevməz.
Könlünü uca tutan adamda ağıl olmaz.
Yad oğlunu saxlamaqla oğul olmaz,-
böyüyəndə atar-gedər, gördüm deməz…
Kül təpəcik olmaz(Kürəkən oğul olmaz).
Ara eşşək başına yüyən vursan, qatır olmaz.
Qaravaşa don geydirsən də, qadın olmaz.
Lopa-lopa qarlar yağsa, yaza qalmaz.
Gül-çiçəkli göycə çəmən payıza qalmaz.
Köhnə pambıq bez olmaz.
Qarı düşmən dost olmaz.
Qaracığa qıymayınca yol alınmaz.
Böyük, iti, polda qılıncı çalmayınca döyüş bitməz.
Kişi malına qıymayınca adı çıxmaz.
Qız anadan görməyincə öyüd almaz.
Oğul atadan görməyincə süfrə çəkməz.
Oğul atanın yetirməsi, iki gözünün biridir.
Ağıllı oğul ola, ocağının közüdür.
Oğul daha neyləsin, ata ölüb mal qalmasa.
Ata malından nə fayda, başda ağıl olmasa…
Ağılsız adamın şərindən Allah saxlasın, xanım, sizi!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma