Xəlil Adıgözəl – Tənha ulduz

Standard

Xəlil Adıgözəl

Bir gizlənqaç oyununu qurmusan,
Mənsə bunun qaydadını bilmirəm,
Buludları sipər çəkib önünə,
Gizlənməyin faydasını bilmirəm.

Nə bilirsən hansı bulud gətirib,
Önündəki o qapqara buludu,
Görmürsən ki,o buludun gözləri,
Bir ömürlük göz yaşıyla doludu?

Bir şey ki,gözundə yaş gəzdirir o,
Nəmli buludların oduna yandın,
Məni gözü yaşlı atıb gedəndə,
Buludlar eybini örtərmi sandın?

Barı sən də parlayaydın səmada,
Bu qədər ulduzdan niyə seçildin?
Ürəyimdə dağ boydaydın bir zaman,
Ulduz olub gözlərimdə “kiçildin”…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma