MƏMMƏD ASLAN – MƏNİM DİLİM- QİBLƏGAHIM

Standard

azerbaycan bayrağı

Mənim dilim bütövcə bir şermiş,
Hər əzası, hər boyası yerində.
Dalğaları sahilləri döyərmiş,
Müəmması inci kimi dərində.

Nə olubsa, bütövlüyü pozulub,
Yavaş- yavaş unudulub nizamı.
Bal kəlmələr bir-birindən üzülüb,
Qiymələnib söz qoşanın ilhamı.

Salxım- salxım uyar qalıb hər sözə,
Hər kəlmənin qədərincə cinası.
Həm mənası, həm biçimi möcüzə,
Altdan-üstdən bərbəzəyi, cilası.

Mənim dilim- yırğalanan bir dəniz,
Qayalardan süzüb gələn çeşmədi.
Gahdan onu quzu təki görərsiz,
Gah görərsiz, bulud kimi kişnədi.

Dilimizdə bir bayatı qalıbdı-
Natəvanın hıçqırığı, gileyi.
Uluların söz sərvəti qalıbdı,
Bir bayatım yandırıbdı fələyi.

Mənim dilim- Füzulinin qəzəli,
Hər misrası tonqal- tonqal püskürtü!
Mənim dilim yar- yaraqlı, nizəli,
Əcdadımın pak ruhuna əsgərdi.

Mənim dilim- ildırımdan ovxarlı,
Misri qılınc kəsərində bir silah!
Yaranışdan bir məbəddi- vüqarlı,
Mənim dilim- millətimə qibləgah!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma