Azərbaycan şifahi xalq ədəbiyyatı – VƏSF HALLAR

Standard

çiçek1

Gülü tökdüm tabağa,
Qoydum qala sabaha.
Yar məni mehman eylər,
Xonça düzər qabağa.

══════ஜ۩۞۩ஜ════════════

Dolansın göz aramda,
Danış, de söz aramda.
Yar deyir bir sözüm var
Səninlə öz aramda.

══════ஜ۩۞۩ஜ════════════

Gənçənin oçağında,
Şam yanır bucağında.
Allah muradın versin
Ağ oğlan quçağında.

══════ஜ۩۞۩ஜ════════════

Bir daş atdım tovuza.
Köynəyi qanovuza.
Bu il toyum olmadı,
Qaldı gələn payıza.

══════ஜ۩۞۩ஜ════════════

Əzizim, arı şanda,
Beçələr arı şanda.
Mələklər şadlıq eylir
İki yar barışanda.
══════ஜ۩۞۩ஜ════════════

Oğlan eylədin nala,
Əlində var piyala.
Məndən yaxşısın gordu,
Düşdu özgə xəyala

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma