Sən gedəndən ətirsizdir bağlarda güllər,
Günəşsiz galdı sənsiz güllər.
Daha da əziz oldun, müqəddəs oldun,
Zərif xatirə oldun, uzaq səs oldun.
Ürək tək yaxın oldun, görünməz oldun,
Əlçatmaz, ünyetməz oldun.
Məhəbbətin göylərdən böyük, təmiz,
Başım üstə yaşayır o.
Səndən qalan xatirəm mavi dəniz,
Böyüklüyün səmadan, bəhərin təmiz,
Səndən qalan xatirəm mavi dəniz,
Əziz dənizim mənim.
Ötən günlər yaşadır kölgəmizi bizim,
Sənin şəklin gözümdə qalıb.
Oyan xatirəm mənim, danış dənizim,
Sözlərini mən sənin dillərdən yığım.
Əziz gülüşlərini güllərdən yığım,
Qoy dil açsın xatirələr.
Məhəbbətin göylərdən, böyük, təmiz,
Başım üstə yaşayır o.
Səndən qalan xatirəm mavi dəniz,
Böyüklüyün səmadan, bəhərin təmiz,
Səndən qalan xatirəm mavi dəniz,
Əziz dənizim mənim.
İllər keçər zaman olar,
Sonsuz göy dəniz.
Görüşərik səssiz səmirsiz.
Görərsən yaşatmışam səni özümdə,
Səsin səsimdə olub, sözün sözündə.
Qəlbin qəlbimdə olub, gözün gözümdə,
Heç bir vaxt ayrı olmadıq.
Səndən qalan xatirəm mavi dəniz,
Əziz dənizim mənim.
Musigi: Sevil Əliyeva