Hamlet İsaxanlı – Şər və xeyir

Standard

Hamlet İsaxanlı7

Düşündüm, kiməm, nəçiyəm,
Nə fitrətin[1] təsdiqiyəm?
Dünyanın heç vecinəmi
Sərkərdə, ya pinəçiyəm?
Ya yol gedən köçəriyəm,
Çalınmamış musiqiyəm,
Ya oxunmamış şeirəm?
Qəribanə görünsə də,
İçimdə yaşar bir sədaŞərlə
Çarpışan xeyirəm;
Baltanı vurum deyirəm
Çürümüş fikrin kökündən.
Yandıra bilsəydim əgər,
Simurq quşunun tükündən,
Söyləyərdim, qoru bizi
Sözlərin mənfi yükündən.

1. Yaradılış, zat, təbiət (ərəbcədən)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma