İlqar Süleymanlı Bizəban

Standard

062 (2)

Ey kaş,gərək dərdimi dildarə deməzdim,
Hicriylə vurub qəlbimə yüz yarə,deməzdim.

Zülfündəki hər bir telinin vurğunu könlüm,
Hər şanədə olmuş necə yüz parə,deməzdim.

Ölmüş belə olsaydım əgər,sirri-dəhanı
İsa nəfəsindən gəlib iqrarə deməzdim.

Eşqimdəki qəm zövqünü,qarşımda çöküb diz
Arxamca düşə,yalvara,əğyarə deməzdim.

Bica yerə aşiqliyimin söhbətin etdim,
Ol şəhr ki,aşkarədi-zəvvarə deməzdim.

Faş eylədi əhvalımı,yarım qəmə düşdü,
Bilsəydim açıb hər sözü İlqarə deməzdim.

Dil-dil yenə də,Bizəban ötməkdə xəyalən,
Billahi,yanında çəkinib yarə deməzdim.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma