Olcas Süleymenov

Standard

Olcas Süleymenov

Bərk qadağan idi İslam dinində,
Şer aləmində, şer dilində.
Qadın bədənini təsvir eləmək,
Olmazdı bu haqda bircə söz demək,
Yalnız topuğacan vermək olardı,
İslamkul adında şair bir kərə,
Qara bir xətt çəkdi o həkimlərə.
– İslam guya bunu qadağan edib,
Amma yersiz edib, nahaqdan edib,
Nə qədər şairlər, sözlər, şerlər,
Odlu sinələrə rəsm eləyiblər.
İndi gözəl qadın, indi biz gərək,
İncə bədənini şerə gətirək.
Çadra tək qaldırmaq istərdim, bəli,
Uzun tumanının ətəklərini.
Mərmər budlarını rəsm etmək üçün,
Yetər ceyranlardan söz açdıq hər gün.
Badamı gözləri vəsf etdik, yetər,
Qadını gizlətmək olar, nə qədər?!
Yetər, vəsf elədik kəmənd telləri,
Zərif barmaqları, incə əlləri,
… Yolçuya oxudum dediklərimi,
Tutulub ağladı bir uşaq kimi.
Razılıq elədi dönə-dönə o,
Nə vardı cibində verdi mənə o.
Arvad, soyunginən, açılsın bahar,
Tulla üstündəki artıq hər nə var.
Gəldi o əziz çağ, əziz gün daha,
Siz şair dostlarım sevinsin daha.
Qoy bədbəxt xalqım da arzuya çatsın,
Bir yol qələbənin ətrini dadsın.
Ağlımı itirdim sevindiyimdən,
Daha odlu sözlər mən etməliydim.
Daha nəhayətsiz ehtirasları
Şerin qüdrətiylə vəsf etməliydim.
Bütlər yıxıldılar, yıxıldı bütlər,
Yaşasın xeyirxah hisslər, niyyətlər.
Ucadan bağırdım «Azadlıq» deyə,
Alıb papağımı tulladım göyə,
O vaxtdan ötürüb illər, amma mən,
Gəzirəm, şapkamı tapa bilmirəm.

Tərcümə edəni: Cabir Novruz

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma