Ruslan Dostəli – UŞAQKƏN QUŞLARA DAŞ ATAN OĞLAN

Standard

Ruslan Dostəli

Hər şeyi başqa cür düşündük əvvəl,
Yaş ötdü, hər şeyin tərsini gördük.
On bir bir məktəb bitirdik, fəqət
Yaşadıq, həyatın dərsini gördük;
Kiçikkən yüz işə meyil salanlar,
İndi ölüm-zülüm bir işə girib.
Körpəykən divlərdən qorxub yatanlar,
İndi divlər ilə döyüşə girib!..

Hər yerdə bir ocaq-od çatan oğlan,
Vaxt gəldi, bir anlıq sönmək istədi.
Uşaqkən quşlara daş atan oğlan,
Böyüdükcə quşa dönmək istədi…

Sularda balığı xoşbəxt görənlər,
Bilirəm, fikriniz dəryada qalıb.
Məftildən düzəldib maşın sürənlər,
İndi görürəm ki, piyada qalıb.

Çərpələng uçurram hərdən havaya,
Nə dərd görübdürsə yerdə, qayıtmır.
Gizlənqaç oynu da dəyişib artıq,
Qaçan elə qaçır, bir də qayıtmır…

Dünyanı gözəl tək görən gözəllər,
Gəlib bu dünyanın çirkinə düşüb.
Gəlinciyin ərə verən gözəllər,
İndi gəlin olmaq fikrinə düşüb…

Hər yerdə bir ocaq-od çatan oğlan,
Vaxt gəldi, bir anlıq sönmək istədi.
Uşaqkən quşlara daş atan oğlan,
Böyüdükcə quşa dönmək istədi..

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma