Telli Pənahqızı – Unudulmuş kəndlərə ağı

Standard

Telli Pənahqızı1

Hanı bu torpağın ər oğulları,
Tanrının sevimli nər oğulları,
Zirvə yaraşığı, sər oğulları,
Bu kənd tənhalaşıb, qocalıb yaman.

Yuvası tar-mardır leyləklərin də,
Bağlıdır qapısı diləklərin də,
Duası qeyb olub mələklərin də
Bu kənd tənhalaşıb, qocalıb yaman.

Bir vaxtlar evləri çal-çağırlıydı,
Əyri küçəliydi, dar cığırlıydı,
Amma əfsanəli, min nağıllıydı,
Bu kənd tənhalaşıb, qocalıb yaman.

Köksünü düşmənə sipər edənlər,
Evini gülləyə çəpər edənlər,
Səssizcə bu yurddan köçüb gedənlər,
Bu kənd tənhalaşıb, qocalıb yaman.

Kəsilib evlərdən hənirti, nəfəs,
Sahibsiz otaqlar bom-boş, buz qəfəs,
Milləti yurdundan perik salan kəs,
Bu kənd tənhalaşıb, qocalıb yaman.

Meydanlar halaysız, yallısız qalıb,
Dağlar da gədiksiz, yalısız qalıb,
Hanalar ərişsiz, xalısız qalıb
Bu kənd tənhalaşıb, qocalıb yaman.

Balçılar nə vaxtdır olub şəhərli,
Sahibsiz arılar zəhər neştərli,
Qərib axşamlıdır, yetim səhərli,
Bu kənd tənhalaşıb, qocalıb yaman.

Atlı qarışqalar çıxarıb qanad,
Yurda qayıtmayan quşlara inad,
Yol- yolçuya həsrət, gəlmir doğma, yad,
Bu kənd tənhalaşıb, qocalıb yaman

Bu boyda günaha batmayın, bəsdi,
Deməyin qara gün yel kimi əsdi,
Nə tez Torpaq ölümünə tələsdi,
Bu kənd tənhalaşıb, qocalıb yaman.

Yurda Ana dedik, Vətən söylədik,
O bizi böyütdü, bəs biz neylədik?
Getdik, heç birimiz geri dönmədik,
Bu kənd tənhalaşıb, qocalıb yaman.

Bizə ucalardan baxan, ey Tanrı,
Dikəlt bu yurddakı başdaşlarını,
Qurut bu torpağın göz yaşlarını.
Bu kənd tənhalaşıb, qocalıb yaman.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma