Gündüz Sevindik

Standard

Gündüz Sevindik

Bu mən, bu bəxtim, bu da sən,
Ya danla, ya söy bəxtimi.
“Şair bəxti, oyan” – deyib,
Tut silkələ, döy bəxtimi.

Bildiklərim ki, sirr deyil,
Hər yanan ocaq pir deyil.
Həyat beş-on şeir deyil,
Tərifləmə hey bəxtimi…

Tale məni qapıb yordu,
Nə tez belə tapıb yordu,
Fələk harda çapıb yordu –
Bu kəhər, bədöy bəxtimi?!

Qalanda yolsuz yollarda,
Baxdı, keçdi dost da, yar da,
Allah bilir ALLAH harda,
Yazıbdı “köntöy” bəxtimi…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma