Beyrək Behbudov – Ruhsuz cismlər

Standard

004

İnsanlığım əlimdən alınıb,
Yandırılıb kağız parçası tək.
Külü göylərə sovurdulub,
Danışmaz heyvana bənzəyirəm,mən.

Dəftəri qələmsiz buraxdılar,
Məni tənha,yalquzaq buraxdılar.
Ruhumu qanadsız buraxdılar,
Görünməz iblisə bənzəyirəm,mən.

Əzabı pulla satın aldılar,
Kədəri sevinclə aldatdılar.
Ölməzliyi ölümlə qazandılar,
Qanadsız mələyə bənzəyirəm,mən

Gözlər yaşsız qalıb,
Sözlər kəsərsiz qalıb.
Ciblər pulsuz qalıb,
Danışan maşına bənzəyirəm,mən

Dünyamız zibilə bənzər,
İnsanlar sıfıra bənzər.
Dəlilər ağıllıya bənzər,
Unudulan əşyaya bənzəyirəm,mən

Sevgi inamın itirib,
Gələcək,insanın itirib.
Analar balasın itirib,
Dilənən yetimə bənzəyirəm,mən
Dəyərsiz varlığa bənzəyirik biz!!!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma