Bahadur Qobustan

Standard

076

Nə zamandır demirik bir-birinə can ikimiz
Ayrı bir səmtə yönəldik gözü giryan ikimiz

Qurumuş otlara satdıq, canı gülşən çəmənə
Bir tikan vardı deyə olmadıq heyran ikimiz

Ərəb üçün dəvə olsun, ya özü fərq eləməz
o ərəbdən də betər sevgiden üryan ikimiz

Buludun yağmağı var əvvəl-axır qayda budur
sən ‘mən’ olsan yağarıq dağlara leysan ikimiz

Gecə birdən oyanıb ölməyə getsən mənə gəl
gəl “ölək” sağ-salamat bir gecə punhan ikimiz

İkimizdən nə xəbər varsa qoyaq bir tərəfə
Sus, olaq sevgi üçün təkcə nigaran ikimiz

Bilirəm sən də günəşden vefa öyrənməmisən
Mən də aydan vefasızlq, kökü ‘sultan’ ikimiz

Mənə bənd olma gülüm mən dəliyəm zırramayam
Mənə uysan edərik min dənə nöqsan ikimiz

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma