Qövsi Təbrizi

Standard

f002

Nǝ sǝrkǝş şölǝdir bu vǝh, bu nǝ qǝddü nǝ qamǝtdir.
Qiyamǝtlǝr qiyamindǝn qiyam etmiş qiyamǝtdir.

Nǝ kakildir ki, ǝnbǝrsiz olub badi-sǝba ondan,
Cahan hǝm ol sǝba feyzilǝ rǝşki-baği-cǝnnǝtdir.

Fǝlǝkdǝ öylǝ üzmüş mehrü mahin rövnǝqin hüsnün –
Ki, yulduzlar bu üzdǝn hǝr biri bir çeşmi-heyrǝtdir.

Gözü qaşın ǝgǝr islamü küfri etmǝmiş yeksan,
Bu nǝ meyxanǝdir, bǝs ol nǝ mehrabi-imamǝtdir.

Nǝ rǝngamizdir yarǝb, bahari-xǝtti-sǝbzin kim,
Gülüstanlar onun dövründǝ rǝngamizi-xiclǝtdir.

Kǝlami-möcüzǝncami-lǝbi-şirin kǝlamindǝn,
Doludur şurilǝ dünyavü lǝbrizi-hǝlavǝtdir.

Bilibdir ta cǝmalın mǝnisin, ey sǝbzeyi-gülgun,
Nǝ surǝt ki, musǝvir nǝqş edǝr mǝşqi-xǝcalǝtdir.

Çǝmǝndǝn pǝrtövü rüxsar ilǝ yarǝb, sǝn ötdün kim,
Gülü şǝbnǝm, bǝeynǝ, çeşmi-heyrǝt, ǝşki-hǝsrǝtdir.

Gǝlir sağü solunda hurivǝşlǝr ol mǝlǝk, Qövsi,
Nǝ ölmüşsǝn, dur ey bidǝrd, gör kim nǝ qiyamǝtdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma