Kürçaylı Məmmədov – Gələcəkdə doğulacaq qızıma

Standard

QUZU1

səni də sevəcəklər,
atacaqlar səni də…
göz yaşını görəcəyəm,
eşidəcəyəm hıçqırtılarını…
atan üçün yox, sevdiyin oğlan üçün olacaq o honkürtülər.

səni də sevəcəklər,
atacaqlar səni də…
gözlərindən boylanan kədərə,
taleyindəki bəxt adlı zəhərə
çırpacaqsan niyə sualını,
qınayacaqsan dörd bir yanını.

səni də sevəcəklər,
atacaqlar səni də…
bir nəğmən olacaq,
mənim kimi sevdiyinlə birgə yağışı da,
gecəni də, səhəri də sevəcəksən.
və oxuyub şerlərimi
məktublarına da salacaqsan gizlicə.
sanacaqsan yoxdur xəbərim…
gözlərindən boylanan həsrəti görüb
yadıma düşəcək gəncliyim…

sən mənə bənzəmə…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma