Gündüz Sevindik – Yolunu nə qədər gözləmişəm mən.

Standard

Götürüb hicranın ağır yükünü,
Yolunu nə qədər gözləmişəm mən.
Gözümün içinə köçürüb yolu,
Yolunu nə qədər gözləmişəm mən.

Eşqin göylərində çaxıb ümidlə,
Könlümü yandırıb-yaxıb ümidlə,
Getdiyin yollara baxıb ümidlə,
Yolunu nə qədər gözləmişəm mən.

Dünyada ən doğma, əziz qonaqtək,
Ən yaxşı xəbərtək, yaxşı soraqtək,
Anasın gözləyən körpə uşaqtək,
Yolunu nə qədər gözləmişəm mən.

Zülmətə düşmüşəm, günü bilmirəm,
Bir dəfə andınmı məni?…bilmirə­m,
Səni deyəmmərəm, səni bilmirəm,
Yolunu nə qədər gözləmişəm mən.

Məni qarşılama, qəm gətirmişəm,
Kədər bəsləmişəm, dərd yetirmişəm,
Gözümlə yollardan od götürmüşəm,
Yolunu nə qədər gözləmişəm mən.

Məni qoydu yaman yerdə bu yollar,
Döndü bir ağrıya, dərdə bu yollar,
Məni gözlətməsin bir də bu yollar,
Yolunu nə qədər gözləmişəm mən.

Gör qəm hara çatıb, hara gəlibdi,
İlk eşqim gələndən qara gəlibdi,
Yollar da əlimdən zara gəlibdi,
Yolunu nə qədər gözləmişəm mən.

Günüdüzün halını ellərdən soruş,
Ağlayan, sızlayan dillərdən soruş,
Mənə inanmırsan?…Y­ollardan soruş –
Yolunu nə qədər gözləmişəm mən
Yolunu nə qədər gözləmişəm mən.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma