Almas İldırım – Neçin şair doğuldum?!

Standard

almas ildirim2

Mən artıq nə yazım yurduma dair,
Düşmən zəhər saçar,dostlar gizlənir.
Bilməm ki,yurdunu sevən bir şair,
Nə üçün bir cani kimi izlənir?!

Gizli yol kəsmədim,qaçaq olmadım,
Saqın bir həyatı pozmadım mən ki,
Yurd üçün bir qanlı çiçək olmadım,
Heç bir qətlə fərman yazmadım mən ki…

Nə üçün qəribəm bu doğma eldə,
Məhbəsmi dörd yanım…Mən ki,boğuldum,
Məlun bir zamanda,məhkum bir eldə,
Allahım,mən neçin şair doğuldum?

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma