Qətran Təbrizi – Qəsidə – MƏŞUQƏDƏN ŞİKAYƏT

Standard

Qətran Təbrizi

Ey cahanım, sən kimi can istərəm,
Sənsiz olsam, məhvi candan istərəm.

Ey cahanın canı, mənlə olmasan –
Qəlbə şadlıq bəs hayandan istərəm?

Ey pəriçöhrə, mələk xislətli yar,
Sən yad olsan, kimdən ünvan istərəm?

Xoşliqa idin, nədən döndün belə?
Mehriban ol, yarı xəndan istərəm.

Eşqimizdə, sevgilim, mən sabitəm,
Sən dönübsən, şərh et, əyan istərəm.

Bir zamanlar rüşvət aldın qəlbimi,
İndi dersən “canı məccan istərəm”.

Bir günahım varmıdır, gəzdin kənar?
Yox günahım, ədlü aman istərəm.

Kinli düşmənlər sənə tən etdilər –
Ki, tələb et – ol dili qan istərəm!

Şanlı dastançı demiş “yox sadiq eşq”,
Mənsə, dilbər, doğru peyman istərəm.

Yox əgər bel bağlasan eşqə, de ki:
Məhv ola sözbaz, bədiman istərəm!

Laləüzlüm, soldurubsan rəngimi,
Mən kimi solsun qoy hicran – istərəm,

Pisliyindən gəlməyirsən səmtimə,
Yaxşılıqla bax ki, bir an istərəm.

Uyma şərrə, şeytana, dostun azar,
Qalmasın yolda bir insan – istərəm.

Boşla bədxahı, sözü məndən eşit,
Bəndəyə şadlıq, sənə şan istərəm.

Ol rəqibim söz düzəldən ustasa,
Qəlbi yoxdur, qəlbə meydan istərəm.

Könlümün, ey təşnəsindən bixəbər,
Qan saçan didəmlə üsyan istərəm.

Alsa idim vüslətindən mənfəət,
Feyzin üçün vəsli əlan istərəm.

Bir gülüstandır üzün, çeşmim bulud,
Yağmaq üçün mən gülüstan istərəm.

Daim ağlar gözlərim bir sal yada
bağçanı yamyaşıl, əlvan istərəm.

Ey üzü bağban tumarı görməmiş,
Çöhrəni, bil, mən də pünhan istərəm.

Surətində gülləri gördüm, aman,
Bülbül oldum, nalə, əfqan istərəm!

Vəslin haqda bəhs edərdim şeir ilə,
Ayrılıqdan indi tufan istərəm.

Söyləyərkən tərifinçin bir qəzəl,
Göz yaşımla bəhsə neysan istərəm.

Mən kiməm ki, eğqi pünhan saxlayam?
Xəstəyəm, aşkarə dərman istərəm!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma